Vüsal İsgəndərli üçün 70 dəqiqə, 1 “sarı” və 3 xal

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda bu gün Albaniya çempionatının 3-cü turu çərçivəsində “Erzeni” ilə qarşılaşıb.

Doğma meydanda baş tutan qarşılaşma “Eqnatiya”nın 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Vüsal bu matça start heyətdə başlayıb və 70-ci dəqiqədə əvəzlənib. O, 34-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Eqnatiya” 3 turdan sonra 6 xalla 2-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Vüsal İsgəndərli “Eqnatiya”ya bu yay “Sumqayıt”dan transfer olunub. 27 yaşlı futbolçu Albaniya klubu ilə 3 illik müqavilə bağlayıb. O, sözügedən komandada indiyə qədər 5 oyuna çıxıb, 1 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: