Xabi Alonso “Bayer”in Almaniya Kubokunda zəfərini şərh etdi

“Bayer”in baş məşqçisi Xabi Alonso “əczaçılar”ın “Kayzerslautern”lə Almaniya Kubokunun final oyunundakı qələbəsini (1:0) şərh edib.

Arena.az “Kicker” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Sonda belə bir qələbə üçün komanda ruhumuzu göstərdik. Biz çox mübarizə apardıq, bunu klubun bütün azarkeşləri üçün etdik. Hər şeyi başa düşmək üçün mənə azacıq daha vaxt gərəkdir. Bu, xəyal mövsümü idi. Bayramı qeyd edə bilmək inanılmazdır. Biz bundan həzz almalıyıq.

Biz azlıqda əla komanda oyunu göstərdik və çox intizamlı idik. Komanda meydanda 10 futbolçu ilə mübarizə aparmağa hazır idi və onlar əla iş gördülər. Günün sonunda buradakı hər kəs üçün – azarkeşlər, oyunçular, klub üçün – bu mövsüm dubl əldə etmək böyük uğurdur. Biz bunu gələcəkdə həmişə xatırlayacağıq.

İndi hamımızın tətilə ehtiyacı var, ona görə də yeni mövsümü, düşünmürük, bəlkə sabah. Ancaq əvvəlcə biz bayram edirik. Mən alman pivəsi içincə”, deyə Xabi Alonso məmnunluqla bildirib.

Xatırladaq ki, 2023/2024-cü illər mövsümündə “Bayer” Almaniya Bundesliqasında keçirdiyi 34 oyundan heç birində məğlub olmadan, tarixində ilk dəfə Almaniya çempionu olub. Beləliklə, Almaniya Kubokunu da qazanmış “əczaçılar” “qızıl dubl”a imza atıblar. Cari mövsümdə “Bayer” 51 oyundan ibarət məğlubiyyətsiz oyunlar silsiləsi nümayiş etdirməklə, mütləq Avropa rekordunu müəyyənləşdirib. Mayın 22-də Avropa Liqasının finalında “Bayer” “Atalanta”ya gözlənilmədən 0:3 hesabı ilə uduzub. Bu, “Bayer”in cari mövsüm yeganə məğlubiyyətidir.

Xəbəri sosial şəbəkələrdə paylaş: