“Bayer”in baş məşqçisi Xabi Alonso Almaniya Bundesliqasının 29-cu turunun “Union Berlin”lə ev oyunundakı (0:0) xal itkisini şərh edib.
Arena.az Almaniya Bundesliqasının rəsmi saytına istinadən, ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Biz kifayət qədər yaxşı oyun nümayiş etdirmədik. Qələbəyə can atmağımıza rəğmən, bizə, imkanlarımızı qola çevirmək müyəssər olmadı. Ancaq bu, ahu-zar üçün səbəb deyil. Qarşıda bizim hələ beş oyunumuz var və biz mübarizəmizə davam etməliyik”, deyə Xabi Alonso vurğulayıb.
29 oyundan 63 xalla “Bayer” Almaniya Bundesliqasının yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Union Berlin” isə 34 xalla 13-cü pillədədir.
Bundesliqaya 69 xalla “Bayern” başçılıq edir.


