Xabi Alonso: “Mükəmməl oyuna ehtiyacımız olduğunu bilirik”

“Bayer”in baş məşqçisi Xabi Alonso Almaniya Bundesliqasının 5-ci turunda “Bayern”ə qarşı keçirəcəklərir oyunla bağlı fikrini paylaşıb.

Arena.az “Bayern & Germany” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Bu, böyük oyundur. “Alyans Arena”ya yollanmaq bəlkə də Bundesliqada mövsümün ən çətin oyunudur, amma biz bunu səbirsizliklə gözləyirik. Biz yaxşı oynamaq və rəqabətəqadir olmaq istəyirik. “Alyans Arena”da nəsə əldə etmək üçün demək olar ki, mükəmməl oyuna ehtiyacımız olduğunu bilirik. Biz buna hazırıq”, deyə Xabi Alonso qətiyyətlə vurğulayıb.

Xatırladaq ki, “Bayer” sentyabrın 28-də Bundesliqanın 5-ci turu çərçivəsində mərkəzi görüşdə “Bayern”in qonağı olcaq. Hakimin fiti oyunu Bakı vaxtı ilə saat 20:30-da başladacaq.

4 turdan sonra “Bayern” 12 xalla Bundesliqanın yarış cədvəlinin zirvəsində yer alıb. “Bayer” isə 9 xalla 2-ci pillədən Almaniya nəhəngini təqib edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: