Xabi Alonsolu “Bayer” rekordunu sürdürür

Şənbə günü, noyabrın 25-də Bundesliqanın 12-ci turu çərçivəsində “Bayer” səfərdə “Verder”i 3:0 hesabı ilə məğlub edib.

Arena.az xəbər verir ki, bu qələbə Leverkuzen təmsilçisinin ardıcıl 13-cü qələbəsi olub.

Sözügedən komanda cari mövsümdə məğlubiyyət nə olduğunu bilmir. “Əczaçılar” rəsmi oyunda sonuncu dəfə ötən mövsümün sonunda, mayın 27-də məğlub olublar. Bu, Bundesliqa çərçivəsində “Bohum”la oyunda baş verib – 0:3.

Sonrakı 19 oyun Leverkuzen təmsilçisinin bir qayda olaraq məğlubiyyətsizlik silsiləsi ilə müşühidə edilir. Bu, həm klubun və həm də komandanın ispan çalışdırıcısı Xabi Alonsonun şəxsi rekordudur.

Leverkuzenlilər “Tevtoniya Ottenzen” (8:0), “Leypsiq” (3:2), “Borussiya” (Mönxenlqadbax, 3:0), “Darmştadt” (5:1), “Hakken” (4:0), “Haydenhaym” (4:1), “Maynts” (3:0), “Molde” (2:1), “Köln” (3:0), “Volfsburq” (2:1), “Qarabağ” (5:1), “Frayburq” (2:1), “Zandhauzen” (5:2), “Hoffenhaym” (3:2), “Qarabağ” (1:0) və “Union Berlin” (4:0) komandaları ilə oyunlarda qalib gəliblər. Xabi Alonsonun yetirmələri bircə “Bayern”in öhdəsindən gələ bilməyiblər, oyun sülhlə başa çatıb – 2:2.

Bundesliqanın lideri növbəti oyununu cümə axşamı, noyabrın 30-da Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində səfərdə İsveç təmsilçisi “Hakken”ə qarşı keçirəcək.

Hazırda “Bayer” 12 oyundan 34 xalla Bundesliqanın vahid lideridir. “Əczaçılar” Avroliqada da “H” qrupunda bütün oyunlarda qalib gələrək, 12 xalla növbəti mərhələyə vəsiqəni bütün komandalardan tez təmin ediblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: