Xavi “Barselona”nın ÇL-də məqsədlərini açıqladı

“Barselona”nın baş məşqçisi Xavi UEFA Çempionlar Liqasında komandasının qarşısında duran vəzifəni açıqlayıb.

Arena.az “Mundo Deportivo”ya istinadən Xavinin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Hazırda məqsəd qrupdan çıxmaqdır. Sonra baxarıq, amma indi – qrupdan çıxmaq. Keçən mövsüm yaxşı oynayırdıq (Çempionlar Liqasında – redaktorun qeydi), amma nəticələri arzu etmək qalırdı. Sabah bu yarışda yola çıxırıq və vəzifəmiz 1/16 finala çıxmaqdır. Keçən il püşklə bəxtimiz gətirmədi, amma bu il bunu sübut etməliyik. Sabah biz Belçika çempionu ilə oynayacağıq, bu, çox yaxşı komandadır. Sübut etməliyik ki, Çempionlar Liqasında ixtiyari rəqiblə rəqabət aparmağa hazırıq”, deyə Xavi vurğulayıb.

2023/2024 mövsümü Çempionlar Liqasının “H” qrupunda “Barselona” Belçikanın “Antverpen”, Portuqaliyanın “Portu” və Ukraynanın “Şaxtyor” komandaları ilə mübarizə aparacaq.

Xatırladaq ki, bir müddət əvvəl “Barselona”nın yeni idman direktoru, portuqal mütəxəssis Deku Xavi və kollektivinin qarşısında Çempionlar Liqasında mütləq qələbə vəzifəsinin qoyulmadığını bildirmişdi. Deku Xavinin qarşısında rəqabətəqadir, mübarizəyədavamlı, layiqli surətdə çıxış etmək tələbinin olduğunu bildirmiş, klub rəhbərliyinin bu məqsədinin yeni komanda quruculuğunda strateji əhəmiyyət kəsb etdiyini vurğulamışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: