Xavi Martines də “Bavariya”dan gedir – RƏSMİ

Almaniyanın “Bavariya” klubu cari mövsümün sonunda Xavi Martines ilə də yollarını ayıracaq.

Arena.az xəbər verir ki, bu barədə Bundesliqa nəhənginin rəsmi saytı məlumat yayıb.

Xəbərdə 32 yaşlı futbolçunun müddəti iyunda başa çatacaq müqaviləsinin yenilənməyəcəyi diqqətə çatdırılıb.

Qeyd edək ki, Xavi Martines 2012-ci ildən “Bavariya”da çıxış edirdi. İspan futbolçu daha öncə ölkəsində “Osasuna” və “Atletik” klublarının uğurları üçün çalışıb. Martinesin karyerasının son illərini də İspaniyada keçirməsi gözlənilir.

Xatırladaq ki, “Bavariya” Xavi Martinesdən öncə David Alaba və Jerom Boatenqin də mövsümün sonunda klubdan ayrılacağını açıqlamışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: