Futbol üzrə Argentina yığmasının sabiq yarımmüdafiəçisi Xavyer Pastore İtaliyanın “Roma” klubundan ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə futbolçu ilə klub arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. 32 yaşlı yarımmüdafiəçiyə gələcək karyerasında uğurlar arzulanıb.
Xavyer Pastore 2018-ci ildə Fransanın PSJ klubundan “Roma”ya transfer olunmuşdu. Lakin o, əsas heyət üzvünə çevrilə bilmədiyi bu komandada cəmi 37 oyuna çıxıb, 4 qol vurub. Argentina millisində 29 oyuna 2 qolla yadda qalan futbolçu, daha öncə “Talyeres”, “Urakan” və “Palermo” klublarında da forma geyinib.


