Xosep Qvardiola Kristiano Ronaldodan danışdı

“Mançester Siti”nin ispan baş məşqçisi Xosep Qvardiola Səudiyyə Ərəbistanı klublarının transfer fəaliyyətindən danışıb.

Arena.az “Goal” portalına istinadən Qvardiolanın bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Biz bacarıq nöqteyi-nəzərindən Riyad Mahrezin əvəzedicisini axtarmırıq, çünki hər bir oyunçu fərqlidir. Səudiyyə Ərəbistanı, bazarı dəyişdi. Bir neçə ay əvvəl ora yalnız Kristiano Ronaldo yollananda, heç kimin ağlına belə, gəlməzdi ki, Səudiyyə Ərəbistanı liqasında bu qədər yüksək səviyyəli futbolçu çıxış edəcək. Gələcəkdə onların sayı daha da çox olacaq, bu səbəbdən də klublar baş verənlərdən xəbərdar olmalıdırlar”, deyə Xosep Qvardiola vurğulayıb.

Xatırladaq ki, “Mançester Siti”nin yarımmüdafiəçi Riyad Mahrez bir neçə gün öncə “şəhərlilər”dən ayrılaraq “Əl-Əhli”yə keçib.

Xəbəri sosial şəbəkələrdə paylaş: