Xulen Lopeteqi “Napoli”nin baş məşqçisi, fransız mütəxəssis Rudi Qarsiyanın istefa verəcəyi halda, komandanı çalışdırmağa hazırdır.
Arena.az “Corriere dello Sport” nəşrinə istinadən məlumat verir ki, ispan mütəxəssis öz xidmətlərini neapollulara təklif edib.
Klub prezidenti Aurelio De Laurentis isə italyan mütəxəssis Antonio Kontenin təyinatında maraqlıdır. O, Rudi Qarsiyanın bir də nə zaman və nə sayaq büdrəyəcəyini gözləyir. Hazırda De Laurentis Rudi Qarsiyaya komandanın oyununu tarazlamaq üçün 3 oyunluq möhlət verib.
57 yaşlı Lopeteqinin son iş yeri “Vulverhempton” olub. Sözügedən klub İngiltərə Premyer Liqasının 2022/2023 mövsümünü 41 xalla 13-cü pillədə başa vurub.
Xulen Lopeteqi peşəkar karyerası ərzində “Portu”, “Real”, “Sevilya” və həmçinin İspaniya yığmasını çalışdırıb. İspan mütəxəssis “Sevilya”ya 2019/2020 mövsümündə Avropa Liqasını qazandırıb.


