Yan Matsen 8 həftəlik sıradan çıxdı

“Aston Villa”nın sol cinah müdafiəçisi Yan Matsen sağ topuğundan aldığı zədə səbəbindən 6-8 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Arena.az xəbər verir ki, niderlandlı futbolçu İngiltərə Premyer Liqasının son turunda “Nottingem Forest”ə qarşı keçirdikləri matçda (1:2) zədələnib.

Matsen qarşılaşma zamanı Ceyms Makati ilə toqquşma nəticəsində sağ topuğundan xəsarət alıb. 24 yaşlı müdafiəçi həmin gün MRT müayinəsindən keçirilib. Müayinə zamanı sınıq aşkarlanmasa da, futbolçunun vətərində zədələnmə olduğu müəyyənləşib.

“The Athletic” Maatsenin təxminən 6-8 həftə meydana çıxa bilməyəcəyini yazıb. Qarşıdakı genişləndirilmiş beynəlxalq fasilənin olması isə onun yoxluğunun müddətini qismən kompensasiya edə bilər.

Yan Matsen Luka Dinin PSJ-yə keçməsindən sonra “Aston Villa”nın əsas heyətində möhkəmlənib. Buna görə də onun zədəsi Unai Emerinin komandası üçün ciddi itki hesab olunur.

Niderlandlı futbolçu cari mövsümdə “Aston Villa”nın heyətində bütün turnirlərdə 6 matç keçirib və məhsuldar fəaliyyətlə yadda qalmayıb.

Yan Matsenin yoxluğunda “Aston Villa”nın sol cinah müdafiəsində Matteo Ruqqeri və ya Aaron Van-Bissaka çıxış edə bilər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: