Yon Dal Tomasson: “Sabah Bakıda mütləq qalib gəlməliyik”

İsveç millisinin baş məşqçisi Yon Dal Tomasson UEFA Millətlər Liqası çərçivəsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan danışıb.

Arena.az xəbər verir ki, sözügedən komandalar sabah UEFA Millətlər Liqasının 1-ci turu çərçivəsində Bakıda üz-üzə gələcəklər.

Qonaqların baş məşqçisi bu gün matçdan öncə təşkil olunmuş mətbuat konfransında fikirlərini bölüşüb:

“Gündən-günə daha yaxşı oynayırıq. Əvvəlki oyunlarda qeydə alınmış nəticələrin müxtəlif səbəbləri var. Əsas səbəblərdən biri fərqli oyunçuları sınaqdan keçirməyimizdir. Önəmli olan odur ki, düzgün istiqamətdə irəliləyirik. Sabah mütləq qalib gəlməliyik. Komandamdan sabahkı oyunda istək, emosiya gözləyirəm. Həmçinin futbolçular qürurla çıxış etməlidirlər. Millidə oynayırlar. Soyuqqanlı olmaq və düzgün qərarlar vermək lazımdır. Oyuna maksimum köklənməliyik. Hazırda heyətə cəlb etdiyim oyunçular yaxşı kollektivdir.

Bəzi oyunçular milliyə gec qoşuldular. Həm rəqib komandanın çıxışı, həm də öz oyunumuzla bağlı müzakirələrimiz olub. Sabah yaxşı futbol oynayıb, oyuna düzgün yanaşmaq istəyirik. Daha yaxşı olmalıyıq”.

Yon Dal Tomasson Azərbaycan futbolu və Azərbaycan millisi haqda hansı məlumatlara sahib olduqları sualı belə cavablandırıb:

“Rəqibin son dövrlərdəki bütün oyunlarını izləmişik. Azərbaycan millisi evdə yaxşı oynayır. Avstriya və Belçika matçlarında demək olar ki, qol buraxmadılar, İsveçi 3:0 məğlub etdilər. Sabah belə nəticənin olmamasına çalışacağıq. Qalib gəlmək istəyirik. Məqsədimiz yaxşı futbol oynamaqdır. Söhbət daha çox hücumameyilli futboldan gedir. Federasiya ilə danışığımız da belə olub. Mən və komandam bunu istəyirik. Hücumla hər şey bitmir. Gərək düzgün balans tapaq. Sabahkı oyunumuzda kapitan Deyan Kuluşevski olacaq”.

Rəqibin baş məşqçisi Bakıdakı isti hava şəraitinin onların oyununa təsir edəcəyini düşünmür: “Sabah soyuq da ola bilərdi. Havanın tempreturunu oyuna təsir edəcək amil kimi görmürəm”.

İsveç millisinin yarımmüdafiəçisi Deyan Kuluşevski də mətbuat konfransında fikirlərini bölüşüb. “Tottenhem”in futbolçusu Bakıdakı 0:3 hesablı məğlubiyyətlə bağlı danışmaq istəməyib:

“Bəzi oyunlarda belə nəticələr olur. Bu, futbolda normal haldır. Sabah da bizi çətin oyun gözləyir. Qalib gələcəyimizi düşünürük. Şanslarımız var”.

Xəbəri sosial şəbəkələrdə paylaş: