Ötən gün dünyanın yaşıl meydanlarında futbol üzrə milli komandalar səviyyəsində bir neçə yoxlama oyunu keçirilib.
Arena.az xəbər verir ki, maraqlı görüşlərdən biri Rusiya və Nigeriya yığmaları arasında baş tutub.
Azərbaycanlı hakim Əliyar Ağayevin idarə etdiyi bu oyunda qalib müəyyənləşməyib.
Kosovo yığması Ermənistanla oyunda darmadağına sevinib. Macarıstan İsveçə, Şotlandiya isə İslandiyaya uduzub.
Qeyd edək ki, Macarıstan millisi növbəti yoxlama oyununu Azərbaycan yığmasına qarşı keçirəcək. Azərbaycan – Macarıstan matçı iyunun 10-da, saat 20:00-da “Dalğa Arena”da keçiriləcək. Bir sözlə, macarlar Bakıya məğlubiyyətlə gəlirlər.
İslandiya yığması isə DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindən biridir. Bu komanda Qlazqoda baş tutmuş oyunda Şotlandiya millisinə 3 qol vurub.
Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində İslandiya ilə sentyabrın 5-də səfərdə, noyabrın 13-də isə Bakıda qarşılaşacaq.
Yoxlama oyunu
6 iyun
Ekvatorial Qvineya – Qambiya 1:2
Bolqarıstan – Kipr 2:2
Mərkəzi Afrika Respublikası – Mavritaniya 2:1
Zimbabve – Burkina Faso 0:2
Kosovo – Ermənistan 5:2
Lüksemburq – Sloveniya 0:1
Rusiya – Nigeriya 1:1
Macarıstan – İsveç 0:2
Cənubi Afrika Respublikası – Tanzaniya 0:0
İrlandiya – Seneqal 1:1
Polşa – Moldova 2:0
Şotlandiya – İslandiya 1:3
Qvineya Bisau – Burundi 0:1
Niger – Qabon 4:3
Kamerun – Uqanda 3:0
Mərakeş – Tunis 2:0


