Yüksək Liqa: 18-ci turun hakim təyinatları açıqlandı

Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün 18-ci turunun oyunlarına hakim təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Aprelin 7-də baş tutacaq 18-ci turun matçları Bakı İdman Sarayında keçiriləcək.

Yüksək Liqa
18-ci tur
7 aprel

Baku Fire – Araz-Naxçıvan
Hakimlər: Hikmət Qafarlı, Rza Məmmədov, Hidayət Feyzullayev.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı İdman Sarayı. Saat 14:00.

Yasamal Bakı – U-19
Hakimlər: Ziya Nəsirov, İmran Məhərrəmov, Vüsal Balaşov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı İdman Sarayı. Saat 16:00.

Neftçi İK – Record
Hakimlər: Elgün Hüseynov, Məmmədəli Kərimov, Kənan Məlikov.
Hakim-inspektor: Mehman Mahmudov.
Bakı İdman Sarayı. Saat 18:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: