Bu gün keçiriləcək oyunlarla futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünə start veriləcək.
Arena.az xəbər verir ki, ilk turun bütün görüşləri eyni günə təsadüf edəcək və “Olimpik Star”da təşkil olunacaq.
Mövsümün açılış oyununda “Baku Fire” və “Araz-Naxçıvan” komandaları üz-üzə gələcəklər.
Yüksək Liqa
1-ci tur
18 sentyabr
Baku Fire – Araz-Naxçıvan
Hakimlər: knyaz Əmiraslanov, Əli Cəbrayılov, Elgün Hüseynov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 13:00.
Neftçi İK – Lənkəran
Hakimlər: Hikmət Qafarlı, Hidayət Feyzullayev, Vüsal Balaşov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı. “Olimpik Star”. Saat 15:00.
U-19 – Şuşa
Hakimlər: İmran Məhərrəmov, Ramil Namazov, Mahir Məmmədov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı. “Olimpik Star”. Saat 17:00.