Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün 5-ci turunun oyunları üçün hakim təyinatları açıqlanıb.
Arena.az xəbər verir ki, bu turun görüşləri noyabrın 2-də Bakı İdman Sarayında baş tutacaq.
5-ci turun qarşılaşmaları üçün hakim təyinatlarını təqdim edirik:
Yüksək Liqa
5-ci tur
2 noyabr
Record – Baku Fire
Hakimlər: Knyaz Əmiraslanov, Nahid Xasıyev, Hacıəli Ağayev.
Hakim-inspektor: Mehman Mahmudov.
Bakı İdman Sarayı. Saat 14:00.
U-19 – Araz-Naxçıvan
Hakimlər: Ramil Namazov, Vüsal Balaşov, Kənan Məlikov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı İdman Sarayı. Saat 16:00.
Yasamal Bakı – Neftçi İK
Hakimlər: Əli Cəbrayılov, Elgün Hüseynov, Məmmədəli Kərimov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı İdman Sarayı. Saat 18:00.


