Yüksək Liqa: 6-cı turun oyun cədvəli açıqlandı

Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün 6-cı turunun oyun cədvəli açıqlanıb.

Arena.az xəbər verir ki, növbəti turun oyunları noyabrın 9-da Bakı İdman Sarayında keçiriləcək.

Bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

6-cı turun oyun cədvəlini təqdim edirik:

Yüksək Liqa
6-cı tur
9 noyabr

Baku Fire – Neftçi İK
Bakı İdman Sarayı. Saat 14:00.

Yasamal Bakı – Araz-Naxçıvan
Bakı İdman Sarayı. Saat 16:00.

U-19 – Record
Bakı İdman Sarayı. Saat 18:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: