Qadın voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün 13-cü turunun daha bir oyunu keçirilib.
Arena.az xəbər verir ki, bu gün Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunmuş qarşılaşmada “Milli Aviasiya Akademiyası” və “Abşeron” komandaları üz-üzə gəliblər.
İlk setdən təşəbbüsə yiyələnən “Abşeron” üstünlüyünü sonadək qoruyub və meydandan 3:0 hesablı qələbə ilə ayrılıb.
Hazırda qadın voleybolçuların Azərbaycan çempionatında “Azərreyl” 33 xalla (11 qələbə) turnir cədvəlinin vahid lideridir. “Murov” 29 xalla (10 qələbə) 2-ci, “Abşeron” 27 xalla (9 qələbə) 3-cü, “Gəncə” 15 xalla (5 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 10 xalla (3 qələbə) 5-cidir. Qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillə qərarlaşıb.
Qeyd edək ki, 13-cü turun son oyunu fevralın 17-də keçiriləcək. UNEC öz meydanında “Gəncə”ni qəbul edəcək. Görüş saat 15:00-da başlayacaq.
Yüksək Liqa
13-cü tur
14 fevral
“Milli Aviasiya Akademiyası” – “Abşeron” 0:3 (10:25, 22:25, 17:25)


