Yüksək Liqa: “Abşeron”dan asan, “Azərreyl”dən çətin qələbə

Bu gün qadın voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) 17-ci turun oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni günə təsadüf edib.

Oyunlardan biri UNEC voleybol komandasının idman zalında UNEC və “Abşeron” komandaları arasında keçirilib. Görüş “Abşeron”un 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Turun digər qarşılaşmaları isə Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunub. Burada “Murov” komandası “Azərreyl” ilə, “Milli Aviasiya Akademiyası” da “Gəncə” ilə üz-üzə gəlib.

“Murov” – “Azərreyl” oyununda qalib 4 setdə müəyyən olunub. “Azərreyl” rəqibini 3:1 hesabı ilə məğlub edib.

Turun son qarşılaşması isə gərginliyi ilə yadda qalıb. Bu görüşdə “Gəncə” 3:2 hesabı ilə qələbə qazanıb.

Yüksək Liqa
17-ci tur
27 mart

UNEC – “Abşeron” 0:3 (8:25, 11:25, 10:25)

“Murov” – “Azərreyl” 1:3 (23:25, 26:28, 25:11, 15:25)

“Milli Aviasiya Akademiyası” – “Gəncə” 2:3 (24:26, 25:16, 16:25, 27:25, 15:17)

Xallar: Abşeron – 43. Milli Aviasiya Akademiyası – 39. Azərreyl – 29. Gəncə – 24. Murov – 18. UNEC – 0.

Xəbəri sosial şəbəkələrdə paylaş: