Yüksək Liqa: “Azərreyl” “DH Volley”ə məğlub oldu

Qadın voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/26 mövsümünün 2-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılış oyununda “Azərreyl” və “DH Volley” komandaları üz-üzə gəliblər. Matç Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutub. Gərgin keçmiş qarşılaşmada ikincilər 3:2 hesablı qələbə qazanıblar.

Turun digər oyunları oktyabrın 21-də və 23-də keçiriləcək. Sabah “Murov” “Gəncə” ilə üz-üzə gələcək. Bu oyun “Murov” voleybol komandasının idman zalında keçiriləcək. Turun son matçında isə “Turan”la “Gənclər” üz-üzə gələcəklər.

Yüksək Liqa
2-ci tur

20 oktyabr

Azərreyl – DH Volley 2:3 (25:23, 20:25, 11:25, 25:23, 12:15)
Azərbaycan Voleybol Federasiyasının idman zalı. Saat 16:00.

Xəbəri sosial şəbəkələrdə paylaş: