Qadın voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) bu gün 16-cı turun oyunları keçirilib.
Arena.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində ilk olaraq “Abşeron” və “Gəncə” komandaları qarşılaşıblar.
4 set davam edən matçda “Abşeron” 3:1 hesabı ilə qalib gəlib.
Eyni məkanda baş tutan ikinci oyunda “Milli Aviasiya Akademiyasi” “Azərreyl”i 3:2 hesabı ilə məğlub edib.
UNEC voleybol komandasının idman zalında təşkil olunmuş görüşdə isə “Murov” UNEC üzərində 3:0 hesabı ilə qələbə qazanıb.
Yüksək Liqa
16-cı tur
18 mart
UNEC – “Murov” 0:3 (15:25, 15:25, 16:25)
“Abşeron” – “Gəncə” 3:1 (25:18, 23:25, 25:19, 25:21)
“Azərreyl” – “Milli Aviasiya Akademiyası” 2:3 (25:19, 21:25, 25:21, 15:25, 7:15)
Xallar: Abşeron – 40. Milli Aviasiya Akademiyası – 38. Azərreyl – 26. Gəncə – 22. Murov – 18. UNEC – 0.


