Yüksək Liqa: “Azərreyl” və “Murov”dan inamlı qələbə

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün 4-cü turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Azərbaycan Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan ilk oyunda “Milli Aviasiya Akademiyası” və “Azərreyl” komandaları üz-üzə gəliblər. Maraqlı mübarizə şəraitində keçən görüş “Azərreyl”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ardınca eyni məkanda “Murov” – UNEC qarşılaşması start götürüb. Bu matçda gözlənildiyi kimi, “Murov” “quru” hesabla qalib gəlib.

Hazırda “Abşeron”, “Azərreyl” və “Murov” hərəyə 9 xalla turnir cədvəlində ilk üç yeri bölüşürlər. Aktivində 3 xalı olan “Gəncə” və “Milli Aviasiya Akademiyası” 4-cü və 5-ci pillədə qərarlaşıblar. Hesabında xal olmayan UNEC isə sonuncu yerdədir.

Yüksək Liqa (qadınlar)
4-cü tur
5 dekabr

“Milli Aviasiya Akademiyası” – “Azərreyl” 0:3 (23:25, 22:25, 17:25)

“Murov” – UNEC 3:0 (25:8, 25:8, 25:10)

Xəbəri sosial şəbəkələrdə paylaş: