Bu gün kişi voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) pley-off mərhələsinə start verilib.
Arena.az xəbər verir ki, yarımfinalın ilk oyunları eyni gündə keçirilib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunmuş ilk oyunda “Murov” və “Neftçi” komandaları qarşılaşıblar. Bu oyunda “Murov” 3:0 hesabı ilə qalib gəlib.
Növbəti qarşılaşma isə “Azərreyl” və “Xilasedici” komandaları arasında olub. Bu oyunda da 3:0 hesabı qeydə alınıb. Görüşün qalibi “Azərreyl” olub.
Bu komandalar arasında ikinci oyun aprelin 18-də keçiriləcək. Reqlamentə əsasən yarımfinal mərhələsi iki qələbəyədək davam edəcək. İki oyundan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), finala vəsiqənin sahibi “qızıl set”də müəyyənləşəcək.
Yüksək Liqa
Yarımfinal (birinci oyunlar)
16 aprel
“Murov” – “Neftçi” 3:0 (25:20, 25:19, 27:25)
“Azərreyl” – “Xilasedici” 3:0 (25:22, 25:18, 25:23)


