Yüksək Liqa: “Baku Fire” qış çempionu oldu

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2024/2025-ci illər mövsümünün 8-ci turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, “Olimpik Star”da baş tutan görüşlərdən əvvəl Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar 1 dəqiqəlik sükut elan olunub.

Son çempion “Araz-Naxçıvan”la debütant “Şuşa”nın dueli “qırmızı-ağlar”ın böyükhesablı qələbəsi ilə yekunlaşıb.

İkinci oyun daha məhsuldar olub. “Neftçi”nin “Yasamal Bakı”ya böyük hesabla qalib gəldiyi oyunda Namiq Məmmədkərimov və Vahib Xocayev hərəyə 5 qol vurmaqla yadda qalıblar.

Yüksək Liqada ilin son matçı “Baku Fire” ilə U-19 arasında baş tutub. Oyun liderin inamlı qələbəsi ilə başa çatıb və “Baku Fire” tarixində ilk dəfə qış fasiləsinə turnir cədvəlinin zirvəsində yollanıb.

Yüksək Liqa
8-ci tur
26 dekabr

“Araz-Naxçıvan” – “Şuşa” 6:0
Qollar: Ülvi Əliyev, 3:01. Qüdrət Qasımzadə, 6:12. İmaməli Hüseynov, 14:28. Kayke, 14:47; 31:37. Covanni, 23:28.
Hakimlər: Hikmət Qafarlı, Hidayət Feyzullayev, Kənan Məlikov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”. Saat 14:00.

“Neftçi” İK – “Yasamal Bakı” 18:1
Qollar: Namiq Məmmədkərimov, 0:35; 20:58; 29:12; 30:25; 35:47. Vahib Xocayev, 6:45; 7:56; 17:32; 36:03; 37:31. Mirzə Əmirov, 18:50; 39:35. Nüsrət Fərzəli, 21:16; 28:00. Sadeq Cavid, 23:37; 31:23, Zöhrab Quluşev, 36:46-öz qapısına. Adil İsmayılov, 38:35 – Xalid Səmədəov, 34:48.
Hakimlər: Əli Cəbrayılov, İmran Məhərrəmov, Hacıəli Ağayev.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı. “Olimpik Star”. Saat 16:00.

“Baku Fire” – U-19 9:1
Qollar: Yaqo Henrike, 0:19; 26:02; 38:26; 39:25. Nurlan Mehdizadə, 12:43; 21:45; 22:08. Nihad İsmayılov, 35:06. Tofiq Əliyev, 38:10 – Ümid Qəhrəmanov, 36:29.
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Anar Fərəcov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı. “Olimpik Star”. Saat 18:00.

Xallar: Baku Fire – 22. Neftçi İK – 21. Araz-Naxçıvan – 16. Şuşa – 6. U-19 – 6. Yasamal Bakı – 0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: