Yüksək Liqa: Bir oyun baş tutmadı, lider 9 qola sevindi

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün 15-ci turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun ilk matçında “Record” və “Baku Fire” komandaları üz-üzə gəlməli idi.

Amma “Record” təyin olunan vaxtda meydana çıxmadığına görə, bu oyun baş tutmayıb. Görüşün nəticəsi barədə AFFA-nın İntizam Komitəsi qərar verəcək.

İkinci oyunu “millilərin dueli” kimi də xarakterizə etmək olar. Belə ki, U-19 A millinin bazası hesab edilən lider “Araz-Naxçıvan”la üz-üzə gəlib. Fasiləyə qədər 5 cavabsız qol vuran Vitali Borisovun drujinası üstünlüyünü ikinci hissədə də davam etdirib və yekunda böyükhesablı qələbə qazanıb.

Son matçda “Yasamal Bakı” rəqibinə müqavimət göstərsə də, məğlubiyyətdən qaça bilməyib.

Yüksək Liqa
15-ci tur
7 mart

Record – Baku Fire
Hakimlər: Hacıəli Ağayev, İmran Məhərrəmov, Vüsal Balaşov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı İdman Sarayı. Saat 14:30.

U-19 – Araz-Naxçıvan 0:9
Qollar: Xəzər Ağalızadə, 8:31. Miloş Todoriç, 11:25; 34:56. Lukas Romao, 11:40. Məhəmməd Abbasov, 15:04. Andre Junior, 17:51; 35:26. Emil Həsənzadə, 37:20; 39:15.
Hakimlər: Rza Məmmədov, Mahir Məmmədov, Xəlil Xəlilov.
Hakim-inspektor: Mehman Mahmudov.
Bakı İdman Sarayı. Saat 16:30.

Yasamal Bakı – Neftçi İK 4:12
Qollar: Rüstəm Bağırov, 11:29; 30:44. Şoruş Heydari, 18:49-öz qapısına. Murad Ələkbərli, 19:11 – Mirzə Əmirov, 2:06; 8:51; 29:40; 36:54. Reza Abgoun, 9:52; 17:49; 33:25. Fərid Atakişiyev, 12:14. Ülvi Əliyev, 14:58; 38:23; 38:35. Vahib Xocayev, 31:52.
Hakimlər: Knyaz Əmiraslanov, Nahid Xasıyev, Hidayət Feyzullayev.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı İdman Sarayı. Saat 18:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: