Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün 2-ci turuna start veriləcək.
Arena.az xəbər verir ki, turun bütün oyunları eyni gündə baş tutacaq.
Qarşılaşmaların hamısı Bakı İdman Sarayında keçiriləcək. Tura ötən mövsümün qızıl və gümüş medalçılarının görüşü ilə start veriləcək.
Yüksək Liqa
2-ci tur
30 sentyabr
“Neftçi” İK – “Araz-Naxçıvan”
Hakimlər: Əli Cəbrayılov, Ceyhun Hüseynov, Xəlil Xəlilov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı İdman Sarayı. Saat 14:00.
“Yasamal Bakı” – “Record”
Hakimlər: Rza Məmmədov, Mahir Məmmədov, Kənan Məlikov.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı İdman Sarayı. Saat 16:00.
“Baku Fire” – U-19
Hakimlər: Ramil Namazov, Vüsal Balaşov, İmran Məhərrəmov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı İdman Sarayı. Saat 18:00.


