Yüksək Liqa: Favoritlər qalib gəldilər, bir oyun baş tutmadı

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün 10-cu turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, qış fasiləsi ərəfəsində keçirilən son matçlar “Olimpik Star”da baş tutub.

Turun ilk dueli – “Baku Fire” ilə “Record”un görüşü baş tutmayıb. Buna “Baku Fire” klubunun protokolu matçın startına 75 dəqiqə qalmışa qədər “Yarışların idarəetmə sistemi”nə göndərməməsi səbəb olub. Nəticə ilə bağlı AFFA-nın İntizam Komitəsi qərar verəcək.

Digər iki oyun favoritlər üçün məşq xarakterli olub. “Neftçi” İK və “Araz-Naxçıvan” fasiləyə böyükhesablı qələbə ilə yollanıblar.

Yüksək Liqa
10-cu tur
7 dekabr

Baku Fire – Record oyunu baş tutmayıb
Hakimlər: Rza Məmmədov, Kənan Məlikov, Məmmədəli Kərimov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı. “Olimpik Star”. Saat 13:00.

Neftçi İK – Yasamal Bakı 19:2
Qollar: Vahib Xocayev, 0:36; 2:22; 17:22; 20:43; 34:38. Amir Şocaei, 1:34; 29:42. Reza Abqun, 1:41; 3:38; 21:01; 28:20; 33:03. Əjdər Əjdərov, 3:48. Ülvi Əliyev, 5:02. Nüsrət Fərzəli, 14:39; 23:41; 25:1; 38:09. Mirzə Əmirov, 30:59 – Rüstəm Bağırov, 32:38. Sabir Hacıəliyev, 36:57.
Hakimlər: Ceyhun Hüseynov, Vüsal Balaşov, İmran Məhərrəmov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 15:00.

Araz-Naxçıvan – U-19 11:2
Qollar: Amadeu, 0:26; 9:36; 30:49. Erik Dannilo, 2:21; 8:55. Novruz Kazıxanov, 11:22. Məhəmməd Abbasov, 19:20. Behroz Cəfəri, 25:07; 28:36; 38:29. Emil Həsənzadə, 33:11 – Qüdrət Qasımzadə, 19:07. Oqtay Mahmudzadə, 31:06.
Hakimlər: Əli Cəbrayılov, Mahir Məmmədov, Hidayət Feyzullayev.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”. Saat 17:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: