Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün 4-cü turunun oyunları keçirilib.
Arena.az xəbər verir ki, turun bütün görüşləri “Olimpik Star”da baş tutub.
Son çempion “Araz-Naxçıvan” bu dəfə “Record”la münasibətlərinə aydınlıq gətirib. 8 qolun qeydə alındığı oyunda Naxçıvan təmsilçisi qələbə qazanıb.
Növbəti oyuna da təcrübəli “Neftçi” yaxşı başlayıb. Düzdü, U-19 ilk qolun cavabını verə bilib, amma əzmkarlıq məğlubiyyətdən yaxa qurtarmaq üçün kifayət etməyib.
Turun son görüşü də məhsuldar alınıb. Liderin ən yaxın izləyicisi olan “Baku Fire” debütantı yenərək xal ehtiyatını 8 çatdırıb.
Yüksək Liqa
4-cü tur
26 oktyabr
“Araz-Naxçıvan” – “Record” 6:2
Qollar: Erik Danillo, 9:39. Katatau, 10:28. Xətai Bağırov, 29:37. Amadeu, 29:50. Lukas Romao, 36:23. İsa Atayev, 36:50 – Moytaba Vali, 26:50; 33:43.
Hakimlər: Ceyhun Hüseynov, Hacıəli Ağayev, İmran Məhərrəmov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”. Saat 13:00.
“Neftçi” İK – U-19 9:2
Qollar: Namiq Məmmədkərimov, 6:48. Reza Abqoun, 9:05; 9:47; 29:42; 38:20. Mirzə Əmirov, 17:00. Amir Şojaei, 21:32; 27:41. Əjdər Əjdərov, 36:46 – Oqtay Mahmudzadə, 8:44. Rüfət Məmmədli, 23:23.
Hakimlər: Anar Fərəcov, Kənan Məlikov, Elgün Hüseynov.
Hakim-inspektor: Mehman Mahmudov.
Bakı. “Olimpik Star”. Saat 15:00
“Baku Fire” – “Yasamal Bakı” 10:4
Qollar: Tofiq Əliyev, 2:02; 25:44. Tofiq Mikayılov, 11:45; 16:03; 39:59. Oruc Baxşəlizadə, 15:03; 38:02. Oktay Rüstəmli, 19:29. Kənan Manafov, 29:12; 39:20 – Rüstəm Bağırov, 14:23; 39:39. Tofiq Məlikov, 32:09. Mirəhməd Məmmədov, 32:33.
Hakimlər: Rza Məmmədov, Məmmədəli Kərimov, Ramil Namazov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 17:00.


