Qadın voleybolçular arasında keçirilən Azərbaycan çempionatında (Yüksək Liqa) medallar uğrunda mübarizəyə bu gün start verilib.
Arena.az xəbər verir ki, həlledici mərhələnin ilk günündə bir matç keçirilib.
Bürünc mükafat üçün mübarizə aparan “Gəncə” və “Milli Aviasiya Akademiyası” ilk duelə çıxıblar. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutmuş qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb. “Gəncə”nin gücü cəmi 1 setə çatıb.
Tərəflər arasında ikinci matç sabah keçiriləcək. Üçüncü yerin qalibi iki oyunun nəticəsinə əsasən müəyyən olunacaq. İki görüşdən sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa, “qızıl set” oynanılacaq.
Yüksək Liqa (qadınlar)
Üçüncü yer uğrunda ilk oyun
19 aprel
“Gəncə” – “Milli Aviasiya Akademiyası” 1:3 (18:25, 25:23, 18:25, 17:25)
Gənclər və İdman Nazirliyinnin Voleybol Mərkəzi.


