Yüksək Liqa: “Gəncə”dən autsayder üzərində asan qələbə

Qadın voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün 13-cü turunun son oyunu keçirilib.

Arena.az xəbər verir ki, bu gün UNEC öz meydanında “Gəncə”ni qəbul edib.

Oyunun əvvəlindən üstünlüyə yiyələnən qonaq komanda meydandan 3:0 hesablı qələbə ilə ayrılıb.

Beləliklə, 13 turdan sonra “Azərreyl” 33 xalla (11 qələbə) turnir cədvəlinə liderlik edir. “Murov” 29 xalla (10 qələbə) 2-ci, “Abşeron” 27 xalla (9 qələbə) 3-cü, “Gəncə” 18 xalla (6 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 10 xalla (3 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.

Yüksək Liqa
13-cü tur
17 fevral

UNEC – “Gəncə” 0:3 (10:25, 13:25, 8:25)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: