Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün 1-ci turunun oyun cədvəli açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Belə ki, sentyabrın 26-da başlayacaq 2023/2024 mövsümünə ötən çempionatın gümüş və bürünc medalçılarının dueli ilə start veriləcək. Turun bütün görüşləri eyni gündə baş tutacaq və Bakı İdman Sarayında keçiriləcək.
Yüksək Liqa
1-ci tur
26 sentyabr
“Neftçi” İK – “Baku Fire”
Bakı İdman Sarayı. Saat 14:00
“Record” – U-19
Bakı İdman Sarayı. Saat 16:00
“Araz-Naxçıvan” – “Yasamal Bakı”
Bakı İdman Sarayı. Saat 18:00


