Bu gün qadın voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) 13-cü turun oyunları keçirilib.
Arena.az xəbər verir ki, turun bütün qarşılaşmaları Bakıda baş tutub.
Günə liderlərin matçı ilə start verilib. “Milli Aviasiya Akademiyası” və “Abşeron” Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində üz-üzə gəliblər. Birincilər rəqibə heç bir imkan verməyərək 3:0 hesabı ilə qalib gəliblər. Bundan sonra rəqiblər arasındakı fərq ikiyə enib.
Çempionatın autsayderi UNEC “Azərreyl”ə asan təslim olub. Tura “Murov” – “Gəncə” görüşü ilə yekun vurulub. Gərgin keçən qarşılaşmada qalib 5 setin yekununda müəyyənləşib. Qonaq komanda qələbəni bayram edib.
Yüksək Liqa
27 fevral
13-cü tur
“Milli Aviasiya Akademiyası” – “Abşeron” 3:0 (25:21, 25:22, 25:22)
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi
UNEC – “Azərreyl” 0:3 (14:25, 18:25, 15:25)
UNEC VK-nın idman zalı
“Murov” – “Gəncə” 2:3 (15:25, 25:19, 23:25, 25:16, 13:15)
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.
Xallar: Abşeron – 32. Milli Aviasiya Akademiyası – 30. Azərreyl – 21. Gəncə – 18. Murov – 15. UNEC – 0.


