Yüksək Liqa: Liderdən asan qələbə, mərkəzi oyunda heç-heçə

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün 16-cı turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun bütün görüşləri Bakı İdman Sarayında keçirilib.

Turun açılış matçında mükafatlara iddialı 2 komanda üz-üzə gəlib. “Baku Fire” ilə “Neftçi” İK arasındakı görüş ən azı gümüş medallara hansı komandanın yaxın olacağını müəyyənləşdirəcəkdi. Mərkəzi oyunda komandalar hərəyə 1 xal qazanıblar.

Son çempion “Araz-Naxçıvan” isə “Yasamal Bakı” ilə oyunda asan qələbə qazanmaqla zirvədəki yerini möhkəmlədib, izləyiciləri ilə xal fərqinin artırıb.

Ötən matça gəlməyən “Record” isə bu dəfə U-19-la duelə çıxıb. Daha intizamlı olan yenitemələr mövsümdə ikinci qələbəsini qazanıb.

Yüksək Liqa
15-ci tur
14 mart

“Baku Fire” – “Neftçi” İK 3:3
Qollar: Kənan Manafov, 21:30. Tofiq Mikayılov, 24:21. Oktay Rüstəmli, 37:33 – Şoruş Heydari, 0:11. Alireza Bayat, 1:59. Amir Şojaei, 19:11.
Hakimlər: Hikmət Qafarlı, Əli Cəbrayılov, Ramil Namazov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı İdman Sarayı. Saat 14:00

“Yasamal Bakı” – “Araz-Naxçıvan” 0:16
Qollar: Diaqo Auqusto, 6:15. Miloş Todoriç, 9:21. Lukas Romao, 11:08; 12:17; 25:58. Andre Junior, 12:46. Məhəmməd Abbasov, 20:36; 21:06; 29:32; 39:11; Həsənəli Rəhimov, 23:32; 36:50. Xəzər Ağalızadə, 24:45. Novruz Kazıxanov, 32:53; 33:30. Emil Həsənzadə, 37:55.
Hakimlər: Ziya Nəsirov, Xəlil Xəlilov, Elgün Hüseynov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı İdman Sarayı. Saat 16:15.

U-19 – “Record” 14:2
Qollar: Rəvan Məşiyev, 3:04; 19:28; 30:06; 31:03. İlham Alıyev, 4:31. Rüfət Məmmədli, 5:35; 34:30. Oruc Aslanov, 6:32. Ümid Qəhrəmanov, 16:37; 28:40. Pünhan Qasımzadə, 18:53; 38:18. Oqtay Mahmudzadə, 32:20. Bəyoğlan Vəlizadə, 39:43 – Nahid Mirzəzadə, 21:11. Əli Axundov, 36:01-öz qapısına.
Hakimlər: Anar Fərəcov, Vüsal Balaşov, Kənan Məlikov.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı İdman Sarayı. Saat 18:15.

Xallar: Araz-Naxçıvan – 43. Baku Fire – 34. Neftçi İK – 33. Yasamal Bakı – 14. U-19 – 9. Record – 4.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: