Yüksək Liqa: Liderdən çətin, “Neftçi”dən asan qələbə

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün 8-ci turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun bütün matçları eyni gündə və “Olimpik Star”da keçirilib.

İlk matçda lider “Araz-Naxçıvan” ən yaxın izləyicisi “Baku Fire” ilə qarşılaşıb. Yeddi qolun qeydə alındığı oyun “Araz-Naxçıvan”ın qələbəsi ilə başa çatıb.

Ötən tur “Araz-Naxçıvan”ı məğlub edən “Neftçi” bu dəfə “Record”a böyük hesabla qalib gəlib.

Turun son oyunu daha gərgin keçib. “Yasamal Bakı” U-19-la oyunun birinci hissəsində üstünlük qazansa da, ikinci hissədə gənclər hesabı bərabərləşdiriblər. Yekunda xallar yarı bölünüb. Maraqlıdır ki, bu komandaların ilk dövrədəki oyununda da qalib müəyyənləşməmişdi.

Yüksək Liqa
8-ci tur
23 noyabr

“Baku Fire” – “Araz-Naxçıvan” 3:4
Qollar: Oktay Rüstəmli, 23:20; 38:36. Kənan Manafov, 39:56 – Erik Dannilo, 9:15. Amadeu, 11:24; 26:23. Oruc Baxşəlizadə, 22:07-öz qapısına.
Hakimlər: Hikmət Qafarlı, Ceyhun Hüseynov, Rza Məmmədov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 13:00.

“Neftçi” İK – “Record” 8:1
Qollar: Reza Abgoun, 2:06; 31:16; 38:58. Amir Şocaei, 8:36; 16:05. Əjdər Əjdərov, 19:49; 26:44. Ülvi Əliyev, 38:40 – Poriya Khişavangi, 35:54.
Hakimlər: Hacıəli Ağayev, Anar Fərəcov, Knyaz Əmiraslanov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”. Saat 15:00.

“Yasamal Bakı” – U-19 9:9
Qollar: Anar İsayev, 5:01. Rüstəm Bağırov, 8:07; 30:24. Adil İsmayılov, 9:00; 38:05. Emil İskəndərov, 11:09. Tofiq Məlikov, 13:56. Ayxan Məmmədov, 29:35. Qüdrət Qasımzadə, 37:00-öz qapısına – Qüdrət Qasımzadə, 11:39; 36:00. İlham Alıyev, 12:48; 17:46; 26:21, Bəyoğlan Vəlizadə, 21:56; 29:53; 30:55; Rüfət Məmmədli, 24:00.
Hakimlər: Ramil Namazov, Hidayət Feyzullayev, Əli Cəbrayılov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı. “Olimpik Star”. Saat 17:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: