Yüksək Liqa: “Murov”la “Neftçi” sevindi, “Azərreyl” uduzdu

Kişi voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) bu gün 18-ci turun oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə və Gənclər İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub.

Günün ilk oyununda “Neftçi” MOİK komandasına 3:0 hesabı ilə qalib gəlib. Daha sonra “Azərreyl” və “Xilasedici” klubları üz-üzə gəliblər. Gərginliyi ilə yadda qalan bu qarşılaşmada qalib tay-brekdə müəyyən olunub. “Xilasedici” 3:2 hesabı ilə qalib gəlib.

Turun son oyunu isə “Murov” və “Gənclər” komandaları arasında olub. Bu oyunda qalib 3 setdə bəlli olub. “Murov” meydandan 3:0 hesabı ilə qalib ayrılıb.

Yüksək Liqa
18-ci tur
8 aprel

MOİK – “Neftçi” 0:3 (21:25, 23:25, 18:25)
“Azərreyl” – “Xilasedici” 2:3 (25:17, 25:19, 21:25, 25:27, 10:15)
“Murov” – “Gənclər” 3:0 (25:15, 26:24, 25:19)

Xallar: Murov – 44, Azərreyl – 42, Xilasedici – 41, Neftçi – 26, MOİK – 8, Gənclər – 1.

Xəbəri sosial şəbəkələrdə paylaş: