Kişi voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün növbəti oyunu sabah keçiriləcək.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voletbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, fevralın 8-də kişi voleybolçuların Yüksək Liqasında “Neftçi” – “Azərreyl” qarşılaşması baş tutacaq. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq oyuna saat 15:00-da start veriləcək.
Yüksək Liqa
8 fevral
15:00. “Neftçi” – “Azərreyl”


