Yüksək Liqa: “Neftçi”nin “Murov”la matçının vaxti bilindi

Kişi voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün növbəti oyunu fevralın 1-də keçiriləcək.

Arena.az xəbər verir ki, sabah kişi voleybolçuların Yüksək Liqasında “Neftçi” və “Murov” komandaları üz-üzə gələcəklər.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq oyuna saat 17:00-da start veriləcək.

Yüksək Liqa
1 fevral

17:00. “Neftçi” – “Murov”

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: