Yüksək Liqa: “Record” yenə meydana çıxmadı, çempion xal itirdi

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün 18-ci turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, tura liderlə ən yaxın izləyicisinin dueli ilə start verilib.

Çempionluğu ötən tur təmin edən “Araz-Naxçıvan” Bakı İdman Sarayında “Baku Fire” ilə görüşdən məhsuldar heç-heçə ilə ayrılıb. Tərəflər 5 qol vurduqları matçda 1 xalla kifayətləniblər.

Turun ikinci matçına U-19 qolla başlasa da, təcrübəli futzalçılardan ibarət “Yasamal Bakı” tezliklə hesabı xeyrinə dəyişməyi bacarıb və yekunda çətinliklə də olsa, qələbə qazanıb.

Turun son matçı keçirilməyib. Buna “Record”un təyin olunan vaxtda meydana çıxmaması səbəb olub. Nəticə ilə bağlı AFFA İntizam Komitəsi qərar verəcək.

Yüksək Liqa
18-ci tur
7 aprel

Baku Fire – Araz-Naxçıvan 5:5
Qollar: Murad Quluzadə, 9:38; 29:53. Kənan Manafov, 27:20; 28:51. Oktay Rüstəmli, 29:35 – Amadeu, 1:51. Novruz Kazıxanov, 5:25. Diaqo Auqusto, 16:09; 30:48. Xəzər Ağalızadə, 16:35.
Hakimlər: Hikmət Qafarlı, Rza Məmmədov, Hidayət Feyzullayev.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı İdman Sarayı. Saat 14:00.

Yasamal Bakı – U-19 5:4
Qollar: Fuad Məmmədzadə, 7:47. Rüstəm Bağırov, 12:26. Əsgər Abasov, 17:11. Tofiq Məlikov, 17:33. Adil İsmayılov, 39:46 – Qüdrət Qasımzadə, 4:59. Abbas Zeynalov, 29:01; 29:16. Rüfət Məmmədli, 36:25.
Hakimlər: Ziya Nəsirov, İmran Məhərrəmov, Vüsal Balaşov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı İdman Sarayı. Saat 16:00.

Neftçi İK – Record oyunu baş tutmayıb
Hakimlər: Elgün Hüseynov, Məmmədəli Kərimov, Kənan Məlikov.
Hakim-inspektor: Mehman Mahmudov.
Bakı İdman Sarayı. Saat 18:00.

Xallar: Araz-Naxçıvan – 47. Baku Fire – 38. Neftçi İK – 33. Yasamal Bakı – 20. U-19 – 9. Record – 4.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: