Yüksək Liqa və Birinci Liqada yeni mövsümün püşkü atılacaq

Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) və Birinci Liqada yeni – 2023/2024 mövsümünün püşkü sentyabrın 18-də atılacaq.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Bakı İdman Sarayında keçiriləcək tədbirə saat 11:00-da start veriləcək.

Qeyd edək ki, Yüksək Liqada 6 komanda mübarizə aparacaq. Bunlar “Araz Naxçıvan”, “Neftçi” İK, “Baku Fire”, U-19, “Record” və “Yasamal-Baku” komandalarıdır.

Birinci Liqada isə 12 kollektiv yarışacaq:

“Şuşa”, “Metropoliten”, “Ulduz”, “STAR kargo”, “Trabzonspor”, “Timsport”, “Dəstə Ordubad”, PFL, “Xan-Lənkəran”, “Baku Fire-2”, “Dalğa”, “Bakı” MFK.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: