Yüksək Liqa: Yeni mövsümün ilk matçında “Azərreyl” sevindi

Qadın voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünə start verilib.

Arena.az xəbər verir ki, bu gün baş tutmuş turun açılış matçında “Azerreyl” səfərdə “Gəncə” ilə üz-üzə gəlib.

Çempionatın açılış oyunu Gəncə şəhərində baş tutub. Gəncə İdman Sarayında təşkil olunmuş qarşılaşmanın qalibi tay-brekdə müəyyənləşib. “Azərreyl” komandası oyunu 3:2 hesabı ilə qalib başa vurub.

Turun növbəti oyunu oktyabrın 15-də UNEC və “Milli Aviasiya Akademiyası” komandaları arasında baş tutacaq. 1-ci turun “DH Volley” – “Abşeron” və “Gənclər” – “Murov” qarşılaşmaları Azərbaycan Voleybol Federasiyasına ünvanlanmış müvafiq müraciətlərə əsasən təxirə salınıb. Bu oyunların keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, reqlamentə görə, çempionat iki mərhələdən ibarət olacaq – liqa (ilkin) mərhələsi və pley-off. Liqa mərhələsi dairəvi sistem üzrə, ev-səfər prinsipi ilə bir dövrədə keçiriləcək. Nəticələrə əsasən, 8 komanda pley-off mərhələsinə vəsiqə qazanacaq.

Yüksək Liqa
1-ci tur
14 oktyabr

“Gəncə” – “Azərreyl” 2:3 (18:25, 25:15, 22:25, 25:21, 10:15)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: