Yunes Belhanda Qətər klubunda

Bu qış fasiləsində “Adana Dəmirspor”dan ayrılan Mərakeş yığmasının yarımmüdafiəçisi Yunes Belhanda özünə yeni klub tapıb.

Arena.az xəbər verir ki, o, bundan sonra karyerasını Qətərdə davam etdirəcək.

Belə ki, 33 yaşlı futbolçu Qətərin “Əl-Şamal” klubuna keçib. Onunla imzalanmış müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Xatırladaq ki, Belhanda “Adana Dəmirspor”a 2021-ci ilin yayında “Qalatasaray”dan azad agent kimi ayrılaraq gəlmişdi. O, həmin vaxt bu klubla 3 illik müqaviləyə imza atmışdı. Belhanda bu komandada 74 oyuna çıxıb, 19 qol və 12 məhsuldar ötürmə müəllifi olub.

Yunes Belhanda 2017-ci ildən 2021-ci ilə qədər də “Qalatasaray”da çıxış edib. O, İstanbul klubu ilə 2 dəfə Türkiyə çempionu olub, 1 dəfə kubok, 1 dəfə də super kubok sevinci yaşayıb.

Fransanın “Monpelye” klubunun yetirməsi olan futbolçu, “Dinamo” (Kiyev), “Şalke” və “Nitsa”nın da uğurları üçün çalışıb. O, Mərakeş yığmasında 59 oyun keçirib, 5 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: