“Yuventus” Moyze Kini geri qaytardı

İtaliyanın “Yuventus” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Turin təmsilçisi İngiltərənin “Everton” klubundan Moyze Kini heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kin İtaliya klubuna icarə əsasında keçib. 21 yaşlı futbolçu iki illik icarəyə götürülüb. Klub buna görə “Everton”a 7 milyon avro ödəyəcək.

Qeyd edək ki, Moyze Kin “Yuventus”un öz yetirməsidir. O, peşəkar karyerasına da məhz bu komandada başlayıb. Turinlilər 2017/18 mövsümündə “Verona”ya icarəyə verdikləri gənc forvardı 2019-cu ildə “Everton”a satmışdılar. Kin, geridə qalan mövsümü icarə əsasında Fransanın PSJ klubunda keçirib.

İtaliya yığmasına da dəvət alan hücumçu, millidə 9 oyun keçirib, 2 qola imza atıb.

“Yuventus” Niderlandın PSV klubunun yarımmüdafiəçisi Məhəmməd Amin İhattareni də transfer edib. 19 yaşlı futbolçu ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: