Zappakosta “Çelsi”dən ayrıldı, “Atalanta” ilə müqavilə bağladı

İngiltərənin “Çelsi” klubu italiyalı müdafiəçisi Davide Zappakosta ilə yollarını ayrırıb. Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İtaliyalı müdafiəçi karyerasını ölkəsində davam etdirəcək. 29 yaşlı sağ cinah oyunçusu “Atalanta”ya keçib. Davide yeni komandasında “77” nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Davide Zappakosta 2017-ci ildən “Çelsi”də idi. O, ötən mövsümü icarə əsasında İtaliyanın “Cenoa”, 2019/20 mövsümünü isə “Roma” klubunda keçirib.

Bu, Zappakostanın “Atalanta”ya üçüncü gəlişidir. O, 2011-2012 və 2014-2015-ci illərdə də bu klubun sıralarında olub. İtaliya yığmasının da üzvü olan təcrübəli müdafiəçi, karyerası ərzində “Torino”, “Avellino”, “İsola Liri” kimi klubların da formasını geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: