Peşəkar Futbol Liqasının icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən Millətlər Liqasının seçmə mərhələ oyununa təyinat alıb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən məlumat verir.
Belə ki, qadın futbolçulardan ibarət komandalar arasında təşkil olunan UEFA Millətlər Liqasının seçmə mərhələsinin Sloveniya – Belarus oyununun UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.
Xatırladaq ki, bu komandalar arasındakı oyun oktyabrın 31-də Sloveniyada keçiriləcək.


