Zinəddin Zidan məşqçilik üçün darıxdığını etiraf etdi

Məşhur fransalı sabiq futbolçu və məşqçi Zinəddin Zidan məşqçiliyə mümkün qayıdışı ilə bağlı sualı cavablayıb.

Arena.az məlumar verir ki, Zidan “Carre” “YouTube” kanalının efirində məşqçilik peşəsi üçün darıxdığını etiraf edib:

“Bu iş üçün darıxmışam. Mənim üçün fəal olmaq vacibdir, ona görə də özümü vacib işlərlə məşğul etməyə çalışıram, amma yenə də məşqçiyəm. İndi uzun müddətdir uzanan fasilədəyəm. Görək bundan sonra nə olacaq. Gərək olarsa, geri qayıtmağa hazıram”, deyə Zidan vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Zidanın Fransa yığmasında çalışmaqda maraqlı olduğu bildirilirdi.

Fransalı mütəxssis 2021-ci ilin yayında “Real”ı tərk edən bəri, işsizdir.

“Real” Zinədin Zidanın peşəkar məşqçilik karyerasında ilk komanda olub və fransalı mütəxəssis “Real”la tarixi uğurlara imza atıb. Zidan 2016-2018 və 2019-2021-ci illərdə “Real”ın baş məşqçisi çalışıb. Buna qədər fransalı mütəxəssisin məşqçilik işində heç bir komanda ilə təcrübəsi olmayıb. Zinədin yalnız Madrid təmsilçisinin alt komandaları sistemində qısa müddət çalışıb. Zidanın məşqçilik debütü çox uğurlu olub.

Fransalı mütəxəssis “Real”da ilk mövsümündəcə (2015/2016) UEFA Çempionar Liqasının qalibi olub. Ardınca Zidan bu uğurunu daha iki dəfə təkrarlamağı bacarıb (2016/2017, 2017/2018). Beləliklə, Zidan Çempionlar Liqasının tarixində rekorda imza atıb. Zidana qədər heç kimə ardıcıl nəinki üç, hətta iki dəfə eyni komanda ilə Çempionlar Liqasını qazanmaq müyəssər olmayıb. Zidan “Real”la həmçinin hər biri ikiqat olmaqla İspaniya La Liqasını (2016/2017, 2019/2020), İspaniya Super Kubokunu (2017, 2019/2020), UEFA Super Kubokunu (2016, 2017) və FIFA Klub Dünya Kubokunu (2016, 2017) qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: