“Zirə” – “Dunayska Streda” matçı 2 manata

Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Zirə” – “Dunayska Streda” oyununun biletləri sabahdan etibarən satışa çıxarılacaq.

Arena.az xəbər verir ki, bu barədə qəsəbə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, biletlər iyulun 23-də saat 10:00-dan etibarən satışda olacaq. Biletlərin qiyməti sektorlara əsasən müvafiq olaraq 2, 5, 10, və 20 manat təşkil edir.

Biletləri Zirə İdman Kompleksinin, “Dalğa Arena”nın və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından almaq olar.

Qeyd edək ki, “Zirə” – “Dunayska Streda” oyunu iyulun 25-də “Dalğa Arena”da baş tutacaq. Bu matça saat 20:30-da start veriləcək. Bu komandalar arasındakı cavab qarşılaşması isə bundan bir həftə sonra Slovakiyada təşkil olunacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: