“Zirə” Konfrans Liqasında “Payde” səddinə ilişdi

Azərbaycanı futbol üzrə Avropa Konfrans Liqasında təmsil edən “Zirə” bu gün sözügedən turnirin 2-ci təsnifat mərhələsinin cavab oyununa çıxıb.

Arena.az xəbər verir ki, Rəşad Sadıqovun çalışdırdığı komanda Estoniyanın “Payde” kollektivi ilə qarşılaşıb.

Bu komandalar arasında ilk oyun Estoniyada baş tutmuş və meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. Rəşad Sadıqovun komandası Sumqayıtda keçirilən cavab görüşündə revanş almağa və mərhələ adlamağa çalışıb. Hesabı da zirəlilər açıblar. Amma qonaqlar bərabərlik qolunu vurmaqla növbəti mərhələyə adlayıblar. Azərbaycan təmsilçisi isə mübarizəni dayandırıb.

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu
30 iyul

Zirə – Payde 1:1
Qollar: Eren Aydın, 5 – Henri Anyer, 71.
Baş hakim: Patrik Kolariç (Xorvatiya).
Sumqayıt şəhər stadionu.

Zirə: 13. Aydın Bayramov, 4. Ruan Renato, 5. Anje Mutsinzi, 7. Eren Aydın, 9. Davit Volkov, 17. Vieyrinya, 20. İssa Cibrilla, 21. Quima, 22. Ayxan Hüseynov, 32. Qismət Alıyev (k), 93. Brahim Konate.
Ehtiyat oyunçular: 72. Hüseynəli Quliyev, 99. Səlim Həşimov, 2. Amin Seydiyev, 8. İsmayıl İbrahimli, 10. Georgi Papunaşvili, 11. Martins Junior, 14. Elçin Əlicanov, 23. Dameyn Smit, 27. Bayere Lue, 29. Krismael Diqbeu, 57. Yusif Hacıyev, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Rəşad Sadıqov.

Payde: 99. Ebrima Jarju, 2. Mixael Lilander, 3. Viktor Hüqo, 7. Edqar Tur, 10. Martin Miller, 11. Modu Sohna, 19. Siim Luts, 27. Nikita Baranov, 28. Oskar Holm (k), 30. Abdurahman Badamosi, 77. Daniel Luts.
Ehtiyat oyunçular: 12. Marko Meerits, 56. Mattias Sapp, 4. Pedro Andrade, 6. Daniel Kabral, 8. Henrik Ojama, 9. Henri Anyer, 14. Momodu Jobarteh, 17. Pa Abdu Çam, 20. Kristofer Piht, 21. Ramon Smirnov, 24. Romer Niqula.
Baş məşqçi: Mika Laurikaynen.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: