“Zirə” Polşa klubu ilə heç-heçəyə razılaşdı

Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” bu gün növbəti yoxlama oyununa çıxıb. Arena.az xəbər verir ki, Rəşad Sadıqovun çalışdırdığı kollektiv Antalyadakı ikinci sınağında Polşa “Qurnik”i (Lençna) ilə üz-üzə gəlib.

Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. Matçda hesabı ilk yarıda polşalılar açıblar. Fasilədən sonra Təmkin Xəlilzadə fərqlənərək hesaba tarazlıq gətirib. Amma zirəlilərin sevinci uzun sürməyib və “Qurnik” yenidən önə keçib. Buna baxmayaraq, İlkin Muradov komandasını məğlubiyyətdən xilas etməyi bacarıb. Beləcə, dörd qolun vurulduğu matç bərabərliklə yekunlaşıb.

Xatırladaq ki, “Zirə” Antalyadakı ilk yoxlama oyununda Macarıstanın “Peç” komandasında 3:5 hesabıyla məğlub olmuşdu.

Yoxlama oyunu
20 yanvar

Zirə – Qurnik 2:2

Baş məşqçi Rəşad Sadıqov bu matçın birinci hissəsində bu heyəti meydana buraxıb:

  1. Anar Nəzirov
  2. Cəlal Hüseynov
  3. İlkin Muradov
  4. Loris Broqno
  5. Ağabala Ramazanov (k)
  6. David Volkov
  7. Təmkin Xəlilzadə
  8. Hacıağa Hacılı
  9. Qismət Alıyev
  10. Dimitrios Çantakias
  11. Coşqun Diniyev

İkinci hissədə isə bu heyət meydana buraxılıb:

  1. Mehdi Cənnətov
  2. Ağabala Ramazanov (k)
  3. Ramin Əhmədov
  4. Ruslan Abışov
  5. Təmkin Xəlilzadə
  6. Qismət Alıyev
  7. Dimitrios Çantakias
  8. Mohamed Hamdaoui
  9. Samir Ağayev
  10. Nizami Səmədov
  11. Mahmud Ağayev
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: