Bu gün Azərbaycanın avrokuboklardakı daha üç təmsilçisi – “Qarabağ”, “Neftçi” və “Zirə” 2-ci təsnifat mərhələsində cavab oyunlarına çıxacaqlar.
Arena.az xəbər verir ki, Ağdam klubu Avropa Liqasında, paytaxt komandaları isə Konfrans Liqasında səhnə alacaqlar.
Hamıdan öncə “Zirə” meydana çıxacaq. Estoniyada “Payde”yə minimal hesabla uduzmuş Rəşad Sadıqovun komandası Sumqayıtdakı cavab görüşündə revanş almağa və mərhələ adlamağa çalışacaq.
Digər iki təmsilçimizi isə çətin səfər görüşləri gözləyir. Xüsusilə də evdəki ilk oyunda Belarusun “Dinamo” (Minsk) komandasına 2:4 hesabıyla uduzmuç “Neftçi” Bolqarıstanda baş tutacaq cavab görüşündə çox çətin vəzifənin öhdəsindən gəlməyə çalışacaq.
Son olaraq “Qarabağ” Bolqarıstanın ÇSKA (Sofiya) komandası ilə cavab görüşündə mərhələ adlamaq üçün vuruşacaq. Qurban Qurbanovun kollektivi Bakıdakı ilk görüşdə qolsuz heç-heçəyə razılaşıb. Bu üzdən istənilən hesablı qələbə Ağdam komandasını növbəti raunda daşıyacaq.
Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
30 iyul
20:00. Zirə – Payde
Baş hakim: Patrik Kolariç (Xorvatiya).
Sumqayıt şəhər stadionu.
21:00. Dinamo (Minsk) – Neftçi
Baş hakim: Tim Marşall (Şimali İrlandiya).
Beroe şəhər stadionu.
Avropa Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu
30 iyul
22:00. ÇSKA (Sofiya) – Qarabağ
Baş hakim: Van Driessşe (Belçika).
Sofiya. Vasil Levski stadionu.


