“Əl-Hilal” Milinkoviç-Saviçi də istəyir

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu “Latsio”nun serb yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviç üçün rəsmi təklif ünvanlayıb.

Arena.az bu barədə italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən xəbər verir.

Mənbənin məlumatına görə, ərəblər serb yarımmüdafiəçiyə 3 illik müqavilə təklif edirlər. İndi hər şey futbolçunun qərarından asılıdır.

Daha əvvəl “Yuventus”un Milinkoviç-Saviçi almaq üçün “Latsio” ilə danışıqlar apardığı bildirilirdi.

Geridə qalmış 2022/2023 mövsümündə Sergey Milinkoviç-Saviç “Latsio”nun heyətində 47 oyuna çıxıb, 11 qol vurub, 8 məhsuldar ötürmə verib. O, “qartallar”la A Seriyasının gümüş medalını qazanıb.

“Transfermarkt” internet-portalı 28 yaşlı Sergey Milinkoviç-Saviçi 50 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, bir qədər əvvəl “Əl-Hilal”ın Madrid “Atletiko”sunun 30 yaşlı hücumçusu Alvaro Morato üçün illik 50 milyon avro məbləğində müqavilə təklif etdiyi haqda məlumat yayılmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: